Bu fənn üzrə dərs saatları artırılacaq - Emin Əmrullayev AÇIQLADI

Tərəfindən yaradılıb Habil Məmmədov News 9/12/2025
Paylaş

Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dilini mükəmməl bilməsi dövlətin əsas məqsədlərindən biridir. Elm və Təhsil Nazirliyi olaraq son illərdə bu istiqamətdə mövcud imkanlar daxilində bir sıra mühüm qərarlar qəbul etmişik və düşünürəm ki, bu qərarlar gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək. Bu qərarlardan biri tədris planlarında Azərbaycan dili dərs saatlarının artırılmasıdır.

Hurriyyet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, eyni zamanda müxtəlif fənlərin – o cümlədən, Azərbaycan tarixi fənninin – artıq 6-cı sinifdən başlayaraq tədris dilindən asılı olmayaraq Azərbaycan dilində keçirilməsi təmin edilib.

“Bununla yanaşı, Çağırışaqədərki hərbi hazırlıq fənninin də Azərbaycan dilində tədrisi tətbiq olunur. Ümumilikdə, ayrı-ayrı fənlərin Azərbaycan dilində tədrisi həm Azərbaycan dilində ümumi tədris saatlarının artması, həm də bu istiqamətdə şagirdlərin dil bacarıqlarının və səriştələrinin inkişafı deməkdir”, - deyə o vurğulayıb.

Şərhlər (0)

Paylaş

Bu postu başqaları ilə paylaş

GDPR

Veb saytlarımızdan hər hansı birinə daxil olduğunuz zaman o, əsasən kukilər şəklində məlumatı brauzerinizdə saxlaya və ya əldə edə bilər. Bu məlumat sizin, seçimləriniz və ya cihazınız haqqında ola bilər və əsasən saytın gözlədiyiniz kimi işləməsi üçün istifadə olunur. Məlumat adətən sizi birbaşa müəyyənləşdirmir, lakin sizə daha fərdiləşdirilmiş veb təcrübəsi verə bilər. Məxfilik hüququnuza hörmət etdiyimiz üçün bəzi kuki növlərinə icazə verməməyi seçə bilərsiniz. Daha çox məlumat əldə etmək və seçimlərinizi idarə etmək üçün müxtəlif kateqoriya başlıqlarına klikləyin. Nəzərə alın ki, bəzi kuki növlərinin bloklanması saytdakı təcrübənizə və təklif edə bildiyimiz xidmətlərə təsir göstərə bilər.